Azərbaycan sərbəst güləşçiləri dünya çempionatının komanda hesabında beşinci olub

Xəbərlər
20 Sentyabr 2023 10:51
85
Azərbaycan sərbəst güləşçiləri dünya çempionatının komanda hesabında beşinci olub

Sərbəst güləş üzrə Azərbaycan yığması Belqradda keçirilən dünya çempionatında komanda hesabında beşinci yeri tutub.

İdman.biz-in məlumatına görə, yarışın nəticələrinə əsasən, idmançılar komandanın xəzinəsinə 66 xal qazandırıblar. Ən böyük töhfəni Dünya Kubokunun gümüş mükafatçıları Osman Nurməhəmmədov (92 kq) və Olimpiya lisenziyasının sahibi Maqomedxan Maqomedov (97 kq) veriblər.

Böyük fərqlə birinci yeri 148 xala malik ABŞ komandası tutub. İkinci yerdə İran (110), Gürcüstan isə ilk üçlüyü (80 kq) qapayıb.

Nicat Zəkiyev

İdman.biz