Cəbrayıl Avropa çempionu olub, Nürəddin və Arseniy bürünc qazanıb - FOTO

Xəbərlər
26 May 2024 19:01
581
Cəbrayıl Avropa çempionu olub, Nürəddin və Arseniy bürünc qazanıb - FOTO

Bakıda keçirilən güləş üzrə U-23 Avropa çempionatı bu gün başa çatıb.

İdman.biz xəbər verir ki, yarışın son günündə sərbəst güləşçilər daha 5 çəkidə mükafatçıları müəyyənləşdirıblər.

Azərbaycan millisi yarışın son günündə 3 medal qazanıb.

Sərbəst güləş

74 kq

Cəbrayıl Qadjiyev finalda Kamil Abdulvahabovla (AİN) qarşılaşıb. Rəqibini 6:5 hesabı ilə məğlub edən güləşçimiz Avropa çempionu tituluna yiyələnib.

61 kq

Yarımfinalda məğlub olan Nürəddin Novruzov 3-cü yer uğrunda güləşib. O, Yaqor Rudauskiyə (AİN) qalib gələrək, bürüncə sahib çıxıb.

86 kq

Arseniy Djioyev (86 kq) bürünc medal uğrunda finlandiyalı Miko Elkalayla mübarizə aparıb və qələbə qazanıb.

Sərbəst güləş yığmamız Avropa çempionatını 1 qızıl, 2 gümüş və 2 bürünclə başa vurub.

Qeyd edək ki, sərbəst güləşçilərimizdən Kənan Heybətov (70 kq) və Ali Tsokayev (79 kq) bir gün öncə gümüş medal qazanıblar.

İdman.biz