Avropa çempionatı: Kənan Heybətov və Əli Çokayev finalda - FOTO

Xəbərlər
24 May 2024 17:32
1 063
Avropa çempionatı: Kənan Heybətov və Əli Çokayev finalda - FOTO

Bakıda keçirilən güləş üzrə U-23 Avropa çempionatı davam edir.

İdman.biz xəbər verir ki, bu gün sərbəst güləşçilərin mübarizəsinə start verilib.

57 kq, 65 kq, 70 kq, 79 kq və 97 kq çəkidə medallar uğrunda mübarizəni davam etdirəcək güləşçilər bəlli olub. Azərbaycan millisinin 2 pəhləvanı finala yüksəlib. Kənan Heybətov (70 kq) və Əli Çokayev (79 kq) sabah qızıl medal uğrunda qarşılaşmaya çıxacaq. Bürünc şansını qoruyan Rəvan Musayev (97 kq) isə təsəlliverici mərhələdə çıxış edəcək.

57 kq
Elman Ağayev 1/8 final mərhələsində Andreas Parotsidislə (Yunanıstan) üz-üzə gəlib. Tam üstünlüklə (13:2) qalib gələn güləşçimiz 1/4 finala yüksəlib. Ağayev ikinci görüşündə gürcüstanlı Luka Qvinjiliyaya 2:12 hesabıyla məğlub olub.

65 kq
Musa Ağayev 1/8 finalda xalçaya çıxıb. O, Yuri Vovka (Ukrayna) 11:4 hesabıyla qalib gələrək mərhələ adlayıb. Yığma üzvü ardınca Abdullah Topraka (Türkiyə) uduzub - 2:4.

70 kq
Kənan Heybətov 1/4 finala vəsiqə üçün Seyfulla İtayevlə (Fransa) güləşib və rəqibini 10:5 hesabıyla məğlub edib. O, ardınca gürcüstanlı Davit Patsinaşvilidən də güclü olub - 6:2. Heybətov final uğrunda Mikita Demçanka (AİN) ilə qarşılaşıb. Rəqibini tam üstünlüklə (11:0) məğlub edən təmsilçimiz Avropa çempionatının finalına vəsiqə qazanıb.

79 kq
Əli Çokayev 1/8 finaldan mübarizəyə start verib. O, Radomir Stoyanovla (Bolqarıstan) üz-üzə gəlib və tam üstünlüklə (11:0) qələbə qazanıb. O, ardınca finlandiyalı Yoona Vuotini də məğlub edib - 10:0. Çokayev yarımfinalda Marius Retko (Rumıniya) ilə güləşib. O, bu dueldən də üstün ayrılıb (10:0).

97 kq
Rəvan Musayev 1/8 finalda Soslan Dzaqayevə (AİN) 2:11 hesabıyla məğlub olub. Lakin rəqib finala yüksəldiyi üçün güləşçimiz bürünc medal uğrunda çıxışını davam etdirəcək.

Qeyd edək ki, bu beş çəkidə medal qarşılaşmaları sabah baş tutacaq.

İdman.biz

Məqalədə: