Avropa çempionumuzdan ETİRAF - VİDEO

Müsahibə
23 May 2024 15:17
314
Avropa çempionumuzdan ETİRAF - VİDEO

“Həsrət Cəfərov ilk dəfə Avropa çempionu olanda düşündüm ki, mən də ola bilərəm. Bunun üçün çalışmalıyam. Özümə inanıram. O gücü özümdə hiss edirəm”.

Bunu “İdman Bizdə”nin qonağı olan Xasay Həsənli deyib.

Bakıda keçirilən U-23 Avropa çempionatında 77 kq-da qızıl medal qazanan 22 yaşlı güləşçi böyüklər arasında nəticə qazanmaqda gecikdiyini etiraf edib: “Alperen Berber 19 yaşında böyüklər arasında dünya çempionu olanda dedim ki, vaxtdır. Məndən yaşda balacalar çempion olur, mən isə hələ U-23-də güləşirəm. Amma bu mərhələni keçməliydim. Zədələrim mənə çox mane oldu. Diz nahiyəmdəki zədəmlə 1 il “güləşdim”. İlk dəfə U-23 Avropa çempionu olandan sonra gənclər arasında da qitə birinciliyində mübarizə apardım. O yarış mənə psixoloji təsir etdi. Ardınca əməliyyat olundum. 3 ay məşqlərdən kənar qaldım. Bu da vaxt itkisi oldu. Rəqiblər böyüklər arasında çempion tituluna yiyələnir, sən kənarda qalırsan”.

Qeyd edək ki, Həsənli ilk dəfə 2022-ci ildə U-23 Avropa çempionu olub. O, həmçinin U-23 dünya çempionatının gümüş medalını qazanıb.

Emin Ağa
İdman.biz