Avropa çempionumuz: “Ölkəmizdə bayrağımızı yüksəklərə qaldırmaq arzum idi”

Xəbərlər
21 May 2024 19:02
103
Avropa çempionumuz: “Ölkəmizdə bayrağımızı yüksəklərə qaldırmaq arzum idi”

“Qalib olmaq istəyirdim və bunu bacardım”.

Bunu İdman.bizə Azərbaycan millisinin yunan-Roma güləşçisi Ziya Babaşov (63 kq) deyib.

O, Bakıda keçirilən U-23 Avropa çempionatındakı çıxışını dəyərləndirib. Yarışı qızıl medalla başa vuran Babaşov bildirib ki, qələbəsini ailəsinə həsr edir: “Öz ölkəmizdə bayrağımızı yüksəklərə qaldırmaq arzum idi. Hesabda geridə olmağım taktiki gediş idi. Həyəcanlı idim və məğlub olmaq istəmirdim. Bu düşüncə də məni bir az yordu. Amma sevinirəm ki, qalib oldum. Bundan sonra da bayrağımızı böyük arenalarda dalğalandırmaq istəyirəm”.

Qeyd edək ki, bundan öncə U-23 çempionatında yunan-Roma güləşçimiz Rəşad Məmmədov (55 kq) bürünc medal qazanıb.

Banuçiçək Hüseynli
İdman.biz