Avropa çempionatında iştirak edəcək güləşçilərimiz bəlli olub

Xəbərlər
14 May 2024 15:52
451
Avropa çempionatında iştirak edəcək güləşçilərimiz bəlli olub

Yunanıstanın Lutraki şəhərində güləş üzrə U-15 Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.

İdman.biz xəbər verir ki, mayın 15-18-də keçiriləcək qitə birinciliyinə sərbəst güləşçilər start verəcək.

Böyük məşqçi Namiq Quliyev, məşqçilər Elşad Allahverdiyevlə Xəqan Süleymanovun rəhbərliyi altında Musa Tağıyev (38 kq), İbrahim Həsənov (41 kq), Abbas Şəfiyev, Əliağa Süleymanov (hər ikisi 44 kq), Fərid Hüseynli (48 kq), Ramal Məmmədoğlu, Rəşid Nazarov (hər ikisi 52 kq), Asim Əliyev (57 kq), Ruslan Vəliyev, Tunar Quliyev (hər ikisi 62 kq), Fərid İsmayılov (68 kq), Nihad Süleymanov (75 kq) və Hakim Tağıyev (85 kq) mübarizə aparacaqlar.

Qızların yarışında ilk dəfə 7 güləşçi ilə təmsil olunacağıq ki, bu da say baxımından U-15 Avropa çempionatlarında ölkəmiz adına yeni rekorddur. Məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında Məryəm Hacıyeva (36 kq), Gülnar Ağadadaşova (39 kq), Nəzrin Əhmədli (42 kq), Günel Kərimli (46 kq), İnci Abdullayeva (50 kq), Fatimə Bayramova (54 kq) və Fidan Babayeva (57 kq) birincilikdə iştirak edəcək.

Çempionata yunan-Roma güləşçiləri yekun vuracaq. Böyük məşqçi Əbilfət Məmmədov, məşqçilər İlham Vezirovla Sənan Əlimirzəyevin rəhbərliyi altında Xudayar Kərimov, Ümüd Babayev (hər ikisi 38 kq), Abdulrəhman Hüseynli, Qurban Məcnunov (hər ikisi 41 kq), Elmir Abbasov (44 kq), Amin Əsgərli (48 kq), Orxan Həbibli (52 kq), Hüseyn Vəlizadə (57 kq), Nihat Məhərrəmov (62 kq), Əli Məmmədov (68 kq), Zöhrab Səfərov (75 kq), Məhəmməd Orucov və Rauf Mütəllimov (hər ikisi 85 kq) Lutrakidə uğur qazanmağa çalışacaq.

Görüşlər hər gün Bakı vaxtı ilə 12:00-da başlayacaq. Mayın 16-da sərbəst, növbəti gün qadın, ayın 18-də isə yunan-Roma güləşi üzrə mübarizəyə yekun vurulacaq.

Qeyd edək ki, Yunanıstanda III dərəcəli beynəlxalq hakim Eldar Məmmədov ədaləti qoruyacaq.

İdman.biz

Məqalədə: