Rafiq Hüseynovdan da Paris-2024-ə VƏSİQƏ

Xəbərlər
9 May 2024 20:43
173
Rafiq Hüseynovdan da Paris-2024-ə VƏSİQƏ

Rafiq Hüseynov Paris-2024-ə lisenziya qazanıb.

İdman.biz xəbər verir ki, ikiqat dünya çempionumuz bu uğura İstanbulda keçirilən Dünya Olimpiya Təsnifat Turnirində imza atıb.

Qardaş ölkədə ardıcıl olaraq İlyas Paqkalidisə (Yunanıstan) 3:1, Kumar Sunilə (Hindistan) 4:3 və Aleks Kessidisə (İsveç) 2:1 hesabı ilə qalib gələn yunan-Roma güləşçimiz yarımfinalda Laşa Qobadze (Gürcüstan) ilə qarşılaşıb. 87 kq çəkidə çıxış edən Hüseynov həlledici qarşılaşmanı da aktivinə yazıb. O, rəqibini 4:1 hesabı ilə məğlub edib. Bu qələbə Rafiqə olimpiya lisenziyası qazandırıb.

İstanbulda Hüseynovdan öncə eyni uğura Murad Məmmədov (60 kq) da imza atıb.

Qeyd edək ki, bu gün daha 1 güləşçimiz lisenziya uğrunda həlledici görüşə çıxacaq.

İdman.biz