Goranboyda güləş üzrə turnir keçirilib

Xəbərlər
12 Fevral 2024 14:16
135
Goranboyda güləş üzrə turnir keçirilib

Goranboyda yunan-Roma güləşi üzrə turnir keçirilib.

İdman.biz xəbər verir ki, Qaradağlı kənd orta məktəbinin zalında təşkil olunan yarışı Milli Məclisin deputatı Anar Məmmədov, YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev də izləyib.

Açılış mərasimində çıxış edən Məmmədov ölkəmizdə güləşin inkişafının və kütləviliyinin yüksək səviyyədə olduğunu qeyd etməklə yanaşı, Qaradağlı kənd tam orta məktəbinə Güləş Federasiyası tərəfindən verilmiş döşəklərə və dəstəyə görə təşəkkürünü bildirib.

Məhz bu kənd Avropa çempionu və dünya ikincisi Həsrət Cəfərov, Avropa ikincisi və dünya üçüncüsü Taleh Məmmədov kimi tanınmış idmançıları yunan-Roma güləşimizə bəxş edib.

Qeyd edək ki, Azərbaycan Güləş Federasiyası (AGF) bölgələrdə bu idman növünün inkişafı üçün silsilə tədbirləri davam etdirir. Bunlardan biri də zəngin güləş ənənələri olan idman zallarının infrastrukturunun yaxşılaşdırılması və inventarla təminatdır.

AGF bu məqsədlə Goranboy rayonu Qaradağlı kənd orta məktəbinin yunan-roma güləşi üzrə məşqlərinin keçirildiyi zalına iki dəst güləş döşəyi hədiyyə edib.

İdman.biz

Məqalədə: