Sərbəst güləş üzrə Azərbaycan millisinin üzvü Yusif Dursunov Türkiyənin İstanbul şəhərində keçirilən 17 yaşadək güləşçilər arasında dünya çempionatının qalibi olub.
İdman.biz-in məlumatına görə, idmançı 110 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
O, müvafiq olaraq özbəkistanlı Eldorbek Xasanov (11:0), gürcüstanlı Aleksandr Abramişvili (4:1), ermənistanlı Henrik Haykyan (6:2) və qazaxıstanlı Yedige Kassimbeki (4:2) məğlub edərək, dünya çempionu tituluna yiyələnib.
Qeyd edək ki, Yusif Dursunov iyunda Albaniyanın paytaxtı Tiranada Avropa çempionatının qalibi olub.
İdman.biz