Azərbaycan Altıncı Dünya Köçəri Oyunlarında ilk medalını əldə edib.
İdman.Biz xəbər verir ki, Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən yarışlarda alış güləşi üzrə 80 kq çəki dərəcəsində mübarizə aparan Ariz Hüseynov uğurlu çıxış edib.
Azərbaycan təmsilçisi rəqibləri ilə mübarizənin yekununda üçüncü yeri tutaraq bürünc medala sahib çıxıb.
Qeyd edək ki, yarışlarda milli və ənənəvi idman növləri üzrə mübarizə aparılır. Altıncı Dünya Köçəri Oyunları sentyabrın 6-da başa çatacaq.
