Azərbaycanın Qazaxıstandakı səfirliyi güləş üzrə dünya çempionatında finala yüksələn Eldəniz Əzizli və Sənan Süleymanova dəstəyini ifadə edib.
İdman.Biz xəbər verir ki, diplomatik nümayəndəlik bununla bağlı “X” sosial şəbəkəsində paylaşım edib.
“Güləşçilərimiz Eldəniz Əzizli və Sənan Süleymanov hazırda Qazaxıstanda keçirilən Dünya Güləş Çempionatında parlaq qələbələr qazanaraq finalda yerlərini təmin ediblər!” - deyə paylaşımda qeyd olunub.
Səfirlik hər iki idmançımıza həlledici qarşılaşmalarda uğurlar arzulayıb.
Our wrestlers Eldaniz Azizli and Sanan Suleymanov have achieved impressive victories and secured their places in the finals of the World Wrestling Championships, currently taking place in Kazakhstan! We wish both athletes the very best of luck in their final bouts and every success in bringing home gold medals for Azerbaijan! 🇦🇿🇦🇿🇦🇿 @wrestleaze
— Embassy of Azerbaijan to Kazakhstan (@AzEmbassyKz) October 24, 2026
