Çimərlik güləşi üzrə Dünya Seriyasının dördüncü mərhələsində yarımfinal görüşləri keçirilib - FOTO

29 Avqust 2026 17:40
116
Çimərlik güləşi üzrə Dünya Seriyasının dördüncü mərhələsində yarımfinal görüşləri keçirilib - FOTO

Çimərlik güləşi üzrə Dünya Seriyasının dördüncü mərhələsində yarımfinal görüşləri keçirilib.

İdman.Biz xəbər verir ki, 80 kq çəki dərəcəsində Vüsal Əliyev Cavid Niftəlizadəni 3:1, Sahib Dadaşov isə Dieqo Maxaradzeni 3:0 hesabı ilə məğlub edib.

90 kq-da Əşrəf Aşırov Gürcüstan təmsilçisi İuza Tsertsvadzeni 2:1 hesabı ilə üstələyib, Ramiz Həsənov isə gürcüstanlı Evsem Şvelidzeyə 0:1 hesabı ilə uduzub. +90 kq-da Camal Feyziyev Gürcüstan təmsilçisi Teodore Ebanoidzeni 3:0 hesabı ilə məğlub edib.

Qadınların 60 kq çəki dərəcəsində isə Nərgiz Səmədova irlandiyalı Noqona Selin Joze Bakayokonu 1:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Dünya Seriyasının dördüncü mərhələsində Azərbaycan 15 güləşçi ilə təmsil olunur. Komandaya 11 kişi və 4 qadın idmançı daxildir.

İdman.Biz