Çimərlik güləşi üzrə Dünya Seriyasında Azərbaycan təmsilçilərinin nəticələri - FOTO

28 Avqust 2026 20:43
116
Çimərlik güləşi üzrə Dünya Seriyasında Azərbaycan təmsilçilərinin nəticələri

Çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində qrup mərhələsinin III turuna yekun vurulub.

İdman.Biz xəbər verir ki, Azərbaycan təmsilçiləri kişilər və qadınlar arasında müxtəlif çəki dərəcələrində mübarizə aparıblar.

Kişilər arasında 80 kq çəki dərəcəsində Cavid Niftəlizadə fransalı Hüqo Xose Küenonu 3:0 hesabı ilə məğlub edib. 90 kq-da Ramiz Həsənov Matis Leon Meyranı 3:0, Əşrəf Aşırov isə gürcü Tornike Tulaşvilini 2:0 hesabı ilə üstələyib.

90 kq-dan yuxarı çəki dərəcəsində Camal Feyziyev Giorgi Çixradzeyə 3:0 hesabı ilə qalib gəlib. Rəvan Musayev isə Tornike Tulaşvili ilə 1:1 hesablı heç-heçə edib. 70 kq-da İbrahim Musayev ukraynalı Oleksey Borutaya 1:2 hesabı ilə uduzub.

Qadınların mübarizəsində 50 kq-da Əsmər Cankurtaran Diana Rısovaya 0:3, 60 kq-da Nərgiz Səmədova Oksana Moskalovaya 1:3, 70 kq-da isə Nigar Mirzəzadə İrina Ringaçiyə 1:3 hesabı ilə məğlub olub. Təmsilçimiz Zəhra Kərimzadə isə ukraynalı Romana Vovçak qarşılaşmasında texniki məğlubiyyət alıb.

Qeyd edək ki, Dünya Seriyasının IV mərhələsində Azərbaycan 15 güləşçi ilə təmsil olunur. Komandaya 11 kişi və 4 qadın idmançı daxildir.

İdman.Biz