Dünya güləşinin növbəti dayanacağı Sea Breeze olacaq

20 Avqust 2026 18:34
66
Dünya güləşinin növbəti dayanacağı Sea Breeze olacaq

Milli Gimnastika Arenasında baş tutan U-20 dünya çempionatından sonra dünyanın müxtəlif ölkələrindən güləşçilər yenidən Azərbaycanda mübarizə aparacaqlar.

İdman.Biz xəbər verir ki, avqustun 27-də Sea Breeze Resort-da çimərlik güləşi üzrə U-17 dünya çempionatı təşkil olunacaq. Dünya Güləş Birliyinin təqviminə əsasən, yarış Bakıda bir gün davam edəcək.

Ardınca, avqustun 28-29-da eyni məkanda çimərlik güləşi üzrə Dünya Seriyasının 2026-cı il mövsümünün dördüncü mərhələsi keçiriləcək. Bakı tarixdə ilk dəfə Dünya Seriyasının mərhələsinə ev sahibliyi edəcək.

Beləliklə, avqustun 27-dən 29-dək Sea Breeze-də üç gün ərzində müxtəlif ölkələrdən güləşçilərin iştirakı ilə beynəlxalq yarışlar baş tutacaq.

İdman.Biz