Atlanta-1996 Yay Olimpiya Oyunlarının gümüş medalçısı və Sidney-2000 Olimpiadasının qalibi Namiq Abdullayev bu barədə Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə açıqlama verib.
İdman.Biz xəbər verir ki, əfsanəvi güləşçi Olimpiya Oyunlarında qazanılan hər bir medalın böyük dəyərə malik olduğunu vurğulayıb.
“Olimpiadanın hər bir medalı - istər bürünc, istər gümüş, istərsə də qızıl - ali medaldır. Bayraq qalxır, himn səslənir. Mənim iki medalımın hər ikisi çox dəyərlidir”, - deyə Abdullayev bildirib.
