Eldəniz Əzizlinin Xorvatiyaya gedə bilməməsinin SƏBƏBİ

Xəbərlər
8 Yanvar 2024 21:54
213
Eldəniz Əzizlinin Xorvatiyaya gedə bilməməsinin SƏBƏBİ

Yunan-Roma güləşü üzrə 3 qat dünya və 2 qat Avropa çempionu Eldəniz Əzizlinin (55 kq) ilin ilk yarışında iştirak etməməsinin səbəbi bəlli olub.

Yığmanın liderinin İdman.bizə verdiyi məlumata görə, Xorvatiyaya zədə səbəbindən yollana bilməyəcək.

Onun sözlərinə görə, Avropa çempionatı öncəsi riskə getmək istəməyib: "Ötən il sinəmdə sınıq yaranmışdı. Həmin zədə yenidən ağrılar verir. Bu səbəbdən də məşqçilərlə qərar verdik ki, Avropa çempionatı öncəsi riskə getməyək".

Qeyd edək ki, 2024-cü ilin ilk turniri olacaq "Zaqreb Open" yanvarın 10-14-də keçiriləcək. Yarışın ilkin siyahısında Əzizlinin adı olsa da, sonradan çıxarılıb.

Emin Ağa
İdman.biz

Məqalədə: