“Mən də papaq atmışam və nəticəsi uğurlu olub”.
Bu sözləri İdman.Biz-ə açıqlamasında güləş üzrə ikiqat olimpiya mükafatçısı, üçqat dünya və dördqat Avropa çempionu Hacı Əliyev deyib.
Olimpiya mükafatçısı əlavə edib ki, sonuncu dəfə papağını götürüb, lakin geri qaytarmaq istəməyiblər.
“Nəticədə qapını dəfələrlə döymək məcburiyyətində qaldım və nəhayət ev sahibi qapını açdı. Papaqatdıda da uğur qazanmağa çalışmışam(gülürək)” - H.Əliyev qeyd edib.
