“Qəbələ” bu gün böyük əzmkarlıq göstərdi, ruh nümayiş etdirdi. Çox çətin oyunlar oldu”.
İdman.Biz bildirir ki, bu sözləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Qəbələ” ilə cavab görüşündən sonra “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas deyib.
“Sabah” Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşündə “Qəbələ”ni penaltilər seriyasında məğlub edərək yarımfinala yüksəlib.
“Bundan əvvəlki, 3:0 öndə olduğumuz oyunda da rəqib (“Qarabağ”) geridönüş edə bilmişdi. Bu gün də hesabda 2:0 öndə idik. Rəqib 10 nəfərlə qaldıqdan sonra geridönüş etdi. Təhlillər aparıb bunları araşdırmalıyıq. Bu, kubok oyunudur. Hər ölkədə belə “dəli” hesablar olur, hekayələr yazılır. İnanıram ki, neytral azarkeşlər də bizim oyunlaarımızdan həzz alırlar. Bakıya qayıdacağıq. 5 gün sonra yenə "Qəbələ" ilə oyunumuz var. Mənim üçün də çətindir. Bu rəqiblə bir ay ərzində artıq 4-5 dəfə qarşılaşırıq. Bir rəqibi təkrar-təkrar təhlil etmək çətindir.
Son iki oyunda baş verənlər məni narahat etməyə bilməz. Bu iki matç bizim üçün böyük dərsdir. Səhvlərimizdən nəticələr çıxarmalıyıq”, - baş məşqçi bildirib.
