Həmyerlimiz reytinq turnirinin ən yaxşı hakimi seçilib

3 Mart 2026 20:28
109
Həmyerlimiz reytinq turnirinin ən yaxşı hakimi seçilib

Fevralın 25-dən martın 1-dək Albaniyanın paytaxtı Tiranada “Muhamet Malo” turniri keçirilib.

İdman.Biz bildirir ki, reytinq xarakterli yarışda I-S kateqoriyalı azərbaycanlı hakim Asif Şirəliyev ədaləti yüksək səviyyədə qoruduğu üçün yerli federasiya tərəfindən təltif edilib.

Albaniya Güləş Federasiyasının prezidenti Sahit Prizreni həmyerlimizə turnirin ən yaxşı hakimi üçün nəzərdə tutulmuş xüsusi mükafatı təqdim edib.

İdman.Biz