Güləş üzrə Azərbaycan çempionatları Gəncədə keçiriləcək

Xəbərlər
24 Yanvar 2026 13:00
56
Güləş üzrə Azərbaycan çempionatları Gəncədə keçiriləcək

Güləş üzrə ölkə çempionatı Gəncədə keçiriləcək.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Gəncə İdman Sarayında keçiriləcək festival çərçivəsində fevralın 3-7-də yunan-Roma və sərbəst güləş üzrə U-20 Azərbaycan çempionatı, növbəti gün qadın güləşi üzrə U-15 və U-17 ölkə birinciliyi, 9-13 fevralda isə yunan-Roma və sərbəst güləş üzrə U-17 Azərbaycan çempionatı təşkil olunacaq.

11 gün davam edəcək yarışlar Dünya Güləş Birliyinin (UWW) reqlamentinə uyğun keçiriləcək. Görüşləri yerli hakimlərlə yanaşı, xaricdən dəvət edilmiş ən ali (I-S) kateqoriyalı referilər idarə edəcək.

Çempionatlarda ilk “üçlük”də yer alan idmançılar müvafiq milli komandaların tərkibini formalaşdıracaqlar.

Qeyd edək ki, U-20 Azərbaycan çempionatının açılış mərasimi fevralın 3-də, U-17 yaş qrupunda isə fevralın 9-da olacaq. Gəncə İdman Sarayı ötən il güləş üzrə U-15 ölkə birinciliyinə də ev sahibliyi edib.

İdman.Biz