Millinin üzvləri yeni güləş qaydalarıyla tanış olublar

Xəbərlər
21 Yanvar 2026 21:37
39
Millinin üzvləri yeni güləş qaydalarıyla tanış olublar

Yunan-Roma və sərbəst güləş üzrə milli komandaların Göygöl toplanışı davam edir.

İdman.Biz bildirir ki, Azərbaycan Güləş Federasiyası hazırlıq prosesi çərçivəsində milli üzvləri üçün praktiki seminar təşkil edib.

Seminarda l-S dərəcəli hakim Asif Şirəliyev Dünya Güləş Birliyinin (UWW) yeni qəbul etdiyi qərarları izah edib. O, həmçinin, idmançıların xalçada davranış qaydaları, hakimlərlə ünsiyyəti, etik normaları gözləmələri ilə bağlı da öz tövsiyələrini çatdırıb.

Qeyd edək ki, AGF bu istiqamətdə maarifləndirci tədbirləri digər yaş qrupları üzrə milli komandalarla da təşkil edəcək.

İdman.Biz