Çeçenistanın(Rusiya Federasiyası) paytaxtı Qrozni şəhərində sərbəst güləş üzrə Şimali Qafqaz Federal Dairəsinin yeniyetmələr arasında keçirilən yarışda kütləvi dava baş verib.
İdman.Biz Rusiya KİV-nə istinadən xəbər verir ki, insident Şimali Osetiyanı təmsil edən David Vaniyev ilə çeçenistanlı güləşçi Turpal Alxoyev arasında keçirilən görüş başa çatdıqdan sonra yaşanıb.
Qarşılaşmada qələbəni Vaniyev qazandıqdan sonra idmançılar arasında mübahisə yaranıb.
Söz atışması qısa müddət ərzində əlbəyaxa davaya çevrilib.
Hadisəyə zaldakı azarkeşlərin də qoşulduğu bildirilir.
İlkin məlumata görə, dava zamanı təxminən 30 nəfər iştirak edib.
