Nima Sadeqi: “Azərbaycanda güləş çox yüksək səviyyədədir” - VİDEO

Xəbərlər
11 Yanvar 2026 11:05
51
Nima Sadeqi: “Azərbaycanda güləş çox yüksək səviyyədədir” - VİDEO

İranlı I-S kateqoriyalı hakim Nima Sadeqi Güləş üzrə Azərbaycan Çempionatında iştirakından məmnunluq ifadə edib və turnirin yüksək səviyyədə təşkil olunduğunu bildirib.

İdman.Biz xəbər verir ki, dəvət üçün Sadeqi Azərbaycan Güləş Federasiyasına təşəkkür edib.

“Burada olmaq və Güləş üzrə Azərbaycan Çempionatında çalışmaq mənim üçün çox həyəcanvericidir. Çempionat və təşkilatçılıq çox yüksək səviyyədədir. Azərbaycan güləş sahəsində böyük gücə malikdir. Bu ölkə güləşlə tanınır. Azərbaycanda çox sayda dünya və Olimpiya çempionları var. Mənim üçün bu təcrübə çox dəyərli oldu”.

Hakim azərbaycanlı həmkarı barədə də danışıb:

“Eyni zamanda, Asif Şirəliyev kimi yüksək səviyyəli hakimlə bir yerdə olmaq böyük bir qürurdur. O, uzun illərdir dünya və Olimpiya çempionatlarında fəaliyyət göstərir”.

Qeyd edək ki, Niama Sadeqi beynəlxalq yarışlarda uzun illərdir fəaliyyət göstərən və I-S kateqoriyasına malik olan təcrübəli hakimlərdən biridir.

İdman.Biz