Güləş üzrə Azərbaycan çempionatının vaxtı açıqlanıb

Xəbərlər
18 Dekabr 2023 11:22
175
Güləş üzrə Azərbaycan çempionatının vaxtı açıqlanıb

Dekabrın 19-da sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı start götürəcək.

Federasiyadan İdman.bizə verilən məlumata görə, 3 gün davam edəcək yarış Bakı İdman Sarayında keçiriləcək.

Çempionatın açılış mərasimi 19 dekabr saat 16:00-da başlayacaq. Görüşlər hər gün saat 10:00-da start götürəcək.

Sabah sərbəst güləş üzrə 57, 61, 65, 70, 74 və 79 kq-da qaliblər müəyyənləşəcək. Dekabrın 20-də sərbəst güləş üzrə 86, 92, 97 və 125, yunan-Roma güləşi üzrə isə 55, 60 və 63 kq-da mübarizə baş tutacaq. Çempionatın son günündə isə yunan-Roma güləşi üzrə 67, 72, 77, 82, 87, 97 və 130 kq-da ən güclü idmançıların adına aydınlıq gələcək.

Arenaya giriş pulsuzdur.

İdman.biz

Məqalədə: