Eldəniz Əzizlidən dəqiqlik: “Burada dayım Şahin Diniyevin rolu yoxdur”

Müsahibə
16 Dekabr 2023 09:09
429
Eldəniz Əzizlidən dəqiqlik: “Burada dayım Şahin Diniyevin rolu yoxdur”

“Qarabağ”- “Hekken” oyununu telefon vasitəsi ilə izləyə bildim. İdmanda belə bir deyim var ki, qalib tərəf sorğu-sual olunmur”.

Bunu İdman.biz saytına güləşçi Eldəniz Əzizli deyib.

Üçqat dünya çempionu Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Qarabağ” – “Hekken” (2:1) qarşılaşması dəyərləndirib. O bildirib ki, Azərbaycan çempionunun çatışmayan tərəfləri olsa belə tarix yazmaqla adını dünyaya tanıdır: “Qarabağ" tarixdə ilk dəfə Avropa Liqasının pley-off mərhələsinə yüksəldi. Komanda gözəl oyun göstərdi, inamlı qələbə qazandı. Təbii ki, hər bir azərbaycanlı kimi mən də bu qələbəmizə çox sevindim. Bu münasibətlə bütün "Qarabağ" ailəsini təbrik edirəm”.

Əzizli İdman.bizin sorğusunun qalibi olmasına da münasibət bildirib. O, Qurban Qurbanovun yetirmələrinin hansı hesabla qalib gələcəyini dəqiq təxmin etməsini intuisiyası ilə bağlayıb: “Bəli, təxminim doğru alındı. Bu, bir intuisiyadır. Burada dayım Şahin Diniyevin heç bir rolu yoxdur, bununla bağlı onunla danışmamışdıq. Futbolla yaxından maraqlanan biri kimi öz ehtimalımı irəli sürmüşdüm”.

Qeyd edək ki, saytımızın sorğusuna 15 məşhur qatılmışdı.

Banuçiçək Hüseynli
İdman.biz