“Qarabağ” - “Hekken”: Məşhurların proqnozu

Təxminlər
14 Dekabr 2023 14:22
2 023
“Qarabağ” - “Hekken”: Məşhurların proqnozu

“Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsinin VI turunda “Hekken”i qəbul edəcək.

Azərbaycanın tanınmış simaları Bakıda baş tutacaq qarşılaşma ilə bağlı İdman.bizin sorğusunu cavablandırıblar.

Müxtəlif sahələrin məşhurları İsveç təmsilçisi önündə Qurban Qurbanovun yetirmələrini daha şanslı hesab edirlər. Səsvermədə iştirak edən 15 nəfərdən 14-ü “Qarabağ”dan qələbə gözləyir. Onlardan 8-i 2:0 hesabını proqnozlaşdırıb.

Maraqlıdır ki, sorğuya qatılanların hamısı Azərbaycan çempionunun ən azı bir qol vuracağına ehtimal edib. 3 nəfər isə “Hekken”in də fərqlənəcəyinə inanır.

Bəhram Bağırzadə (aktyor): “Qarabağ” darmadağınla qalib gələcək
Eldəniz Əzizli (güləşçi) – 2:1
Arif Əsədov (futbol məşqçisi) - 2:0
Elşən Yusubov (basketbol klubunun direktoru) - 1:1
Rəşad Məcid (Mətbuat Şurasının sədri) - 2:0
İlkin Həsəni (aktyor-aparıcı) - “Qarabağ”a inanır
Ziya Rəcəbov (voleybol məşqçisi) - 2:0
Tayfur Əliyev (boksçu) - 2:0
Hacı Əliyev (güləşçi) – 2:0
Firdovsi Umudov (güləş mütəxəssisi) - 3:1
Əli Mirəliyev (müğənni) - 3:0
Ləman Əlimuradova (bədii gimnast) – 3:1
Aqil Abbas (deputat): “Qarabağ” qalib gələcək
Orxan Səfərov (cüdoçu): 2:0
Yuri Matias (futbolçu) - 2:0, Juninyo dubl edəcək
Taleh Yüzbəyov (aktyor) - 2:0

Qeyd edək ki, “Qarabağ” – “Hekken” oyunu Bakı vaxtı ilə 21:45-də Tofiq Bəhramov adına stadionda start götürəcək.

Banuçiçək Hüseynli
İdman.biz