U-23 dünya çempionatı: Ziya Babaşov qızıl medal qazandı - YENİLƏNİR

Xəbərlər
21 Oktyabr 2025 20:36
55
U-23 dünya çempionatı: Ziya Babaşov qızıl medal qazandı - YENİLƏNİR

Serbiyanın Novi Sad şəhərində U-23 dünya çempionatı davam edir.

55 kq çəki dərəcəsində güləşən idmançımız Ziya Babaşov finalda moldovalı Vitali Yeryomenkoya 6:3 qalib gələrək dünya çempionu olub.

19:34

Serbiyanın Novi Sad şəhərində U-23 dünya çempionatı davam edir.

55 kq çəki dərəcəsində güləşən idmançımız Elmir Əliyev yarımfinalda iranlı Armin Şamsipurhacıya “tuş”la qalib gələrək dünya çempionatının finalına yüksəlib.

Qeyd edək ki, Ziya Babaşov (63 kq) da finala çıxıb. O, finalda moldovalı Vitali Yeryomenkoyla qarşılaşacaq.

Laçın Vəliyev (87 kq) isə bürünc medal uğrunda amerikalı Payton Yakobsonla güləşəcək.

İdman.Biz