U-23 dünya çempionatı: Ziya Babaşov finalda, Laçın Vəliyev "bürünc" uğrunda mübarizə aparacaq - YENİLƏNİB

20 Oktyabr 2025 23:10
318
U-23 dünya çempionatı: Ziya Babaşov finalda, Laçın Vəliyev "bürünc" uğrunda mübarizə aparacaq - YENİLƏNİB

Serbiyanın Novi Sad şəhərində U23 dünya çempionatı start götürüb.

İlk yarış günündə 4 çəkidə yunan-Roma güləşi üzrə finalçılar müəyyənləşib.

Ziya Babaşov (63 kq) yaponiyalı Miruto Tokuhiqaya 7:1, iranlı Mohammad Navidə 3:1 hesabıyla, rusiyalı Dоrdji Şunqurtsikova isə ilk xal prinsipinə əsasən (1:1) qalib gələrək yarımfinala yüksəlib. Ziya yarımfinalda türkiyəli Servet Angidən də güclü olub - 2:1. Babaşov sabah finalda moldovalı Vitali Yeryomenkoyla qarşılaşacaq.

Davud Məmmədov (77 kq) debütdə macarıstanlı Levente Levaya 0:5 hesabıyla məğlub olub.

Laçın Vəliyev (87 kq) təsnifat mərhələsində iranlı Qulamreza Faruxisencaniyə 0:8 hesabıyla uduzub. Rəqib finala yüksəldiyi üçün təmsilçimiz sabah təsəlliverici görüşə çıxacaq.

Ayxan Mərdanov (130 kq) çinli Şuanqyu Çeni "tuş"la mübarizədən kənarlaşdırsa da, 1/4 finalda rusiyalı Aleksandr Melexovla bacarmayıb - 0:9.

20:30

U-23 dünya çempionatında Azərbaycan güləşçiləri çıxışlarını davam etdirir.

İdman.Biz bildirir ki, yunan-Roma güləşi üzrə 63 kq çəki dərəcəsində Ziya Babaşov türkiyəli Servet Angiyə 2:1 hesabıyla qalib gələrək U23 dünya çempionatının finalına yüksəlib.

16:58

U-23 dünya çempionatında Azərbaycan güləşçiləri çıxışlarını davam etdirir.

İdman.Biz xəbər verir ki, bu barədə Güləş Federasiyası məlumat yayıb.

Bildirilib ki, yunan-Roma güləşi üzrə 63 kq çəki dərəcəsində Ziya Babaşov yaponiyalı Miruto Tokuhiqaya 7:1, iranlı Mohammad Navidə 3:1 hesabıyla qalib gəlib. Daha sonra rusiyalı Dordji Şunqurtsikov (UWW) ilə görüşdə 1:1 hesabı ilə ilk xal prinsipinə əsasən üstün olan Babaşov yarımfinala yüksəlib. Yarımfinalda Ziya Babaşov türkiyəli Servet Angi ilə qarşılaşacaq.

77 kq çəki dərəcəsində Davud Məmmədov təsnifat mərhələsində macarıstanlı Levente Levaya 0:5 hesabıyla məğlub olub.

87 kq-da Laçın Vəliyev təsnifat mərhələsində iranlı Qulamreza Faruxisencaniyə 0:8 hesabıyla uduzub.

130 kq çəki dərəcəsində Ayxan Mərdanov çinli Şuanqyu Çenə “tuş”la qalib gələrək 1/4 finala yüksəlib. Lakin bu mərhələdə rusiyalı Aleksandr Melexova (UWW) 0:9 hesabıyla məğlub olub.

Qeyd edək ki, yarımfinallar Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

İdman.Biz