Azərbaycan çimərlik güləşçiləri Dünya Seriyasının final mərhələsində yarışacaq

Xəbərlər
17 Oktyabr 2025 12:05
37
Azərbaycan çimərlik güləşçiləri Dünya Seriyasının final mərhələsində yarışacaq

Azərbaycanın çimərlik güləşçiləri Dünya Seriyasının final mərhələsində iştirak edəcəklər.

Bu barədə İdman.Biz-ə Güləş Federasiyasından məlumat verilib.

Misirin İsgəndəriyyə şəhərində keçiriləcək yarışda baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Vüsal Əliyev, Sahib Dadaşov (hər ikisi 80 kq) və İbrahim Yusubov (90 kq) mübarizə aparacaq.

Sabah təsnifat mərhələsinin və qruplarda ilk ikinçi turun görüşləri keçiriləcək. Oktyabrın 19-da isə qruplarda son turun qarşılaşmaları ilə yanaşı, 1/4 final, yarımfinal və medallar uğrunda görüşlər baş tutacaq.

Yekunda bütün beş mərhələdə güləşçilərin topladığı xallar cəm ediləcək və hər çəki üzrə dünya çempionları müəyyənləşəcək.

İdman.Biz