Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında yunan-Roma güləşi üzrə yarışlar başa çatıb.
İdman.biz xəbər verir ki, yarışlarda Azərbaycanın 6 təmsilçisi fəxri kürsüyə yüksəlib.
Bunlardan Elşad Abbasov (51 kiloqram), Əli Nəzərov (60 kiloqram) və İslam Sultanov (71 kiloqram) qızıl, Yusif Mirzəyev (48 kiloqram) və Nicat Yeylaqaliyev (80 kiloqram) gümüş, Hikmət Haqverdiyev (55 kiloqram) isə bürünc mükafata sahib çıxıb.
Beləliklə, Azərbaycanın yunan-Roma güləşi üzrə yığması Oyunları altı medalla başa vurub.
Qeyd edək ki, MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.
19:21
Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında yunan-Roma güləşi üzrə yarışlar davam edir.
İdman.biz xəbər verir ki, Azərbaycan təmsilçisi İslam Sultanov (71 kiloqram) finalda belaruslu Zaxar Tserasxouya ilə qarşılaşıb.
Rəqibini 3:0 hesabı ilə məğlub edən idmançımız qızıl medala sahib çıxıb.
Daha əvvəl Elşad Abbasov (51 kiloqram), Əli Nəzərov (60 kiloqram) qızıl, Yusif Mirzəyev (48 kiloqram) gümüş, Hikmət Haqverdiyev (55 kiloqram ) və Nihat Tağıyev (65 kiloqram) isə bürünc bürünc mükafata sahib çıxıb.
Qeyd edək ki, MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.
18:37
Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında yunan-Roma güləşi üzrə yarışlar davam edir.
İdman.biz bildirir ki, Gəncə İdman Kompleksində təşkil olunan yarışlarda Azərbaycan təmsilçisi Əli Nəzərov (51 kiloqram) finalda rusiyalı İvan Kozlov ilə qarşılaşıb.
Rəqibinə 2:1 hesabı ilə qalib gələn idmançımız qızıl medalın sahibi olub.
Daha əvvəl Elşad Abbasov (51 kiloqram) qızıl, Yusif Mirzəyev (48 kiloqram ) gümüş, Hikmət Haqverdiyev isə (55 kiloqram ) bürünc mükafata sahib çıxıblar.
Qeyd edək ki, MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.
18:25
Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında yunan-Roma güləşi üzrə yarışlar keçirilir.
İdman.biz xəbər verir ki, Gəncə İdman Kompleksində təşkil olunan yarışlarda Azərbaycan təmsilçisi Elşad Abbasov (51 kiloqram) finalda belaruslu Tsimafey Semianenka ilə qarşılaşıb.
Rəqibinə 6:0 hesabı ilə qalib gələn idmançımız qızıl medal qazanıb.
Daha əvvəl Yusif Mirzəyev gümüş mükafata sahib çıxıb.
Qeyd edək ki, MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.