Keynin qolları "Bavariya"ya beşinci qələbəni gətirdi - VİDEO

Xəbərlər
27 Sentyabr 2025 01:02
26
Keynin qolları "Bavariya"ya beşinci qələbəni gətirdi - VİDEO

Almaniya Bundesliqasında beşinci turun bir qarşılaşması keçirilib.

İdman.biz bildirir ki, “Bavariya” öz meydançasında “Verder”i qəbul edib.

Oyunda hesabı 22-ci dəqiqədə meydan sahiblərinin oyunçusu Ta açıb – 1:0.

Daha sonra Harri Keyn 45-ci və 65-ci dəqiqələrdə hesab arasındakı fərqi 3 topa çatdırıb.

87-ci dəqiqədə isə Laymer dördüncü topu bremenlilərin qapısından keçirib – 4:0.

Beləliklə, “Bavariya” bu mövsümdə 5 oyunda beşinci qələbəsini qazanıb və çempionatın vahid lideridir. “Verder” 4 xalla 14-cü yerdədir.

İdman.biz