Rivaldo Yamalın “Qızıl top”u almaq üçün nə etməli olduğunu deyib

Xəbərlər
26 Sentyabr 2025 08:11
38
Rivaldo Yamalın “Qızıl top”u almaq üçün nə etməli olduğunu deyib

Braziliya millisinin və “Barselona”nın keçmiş hücumçusu Rivaldo hesab edir ki, kataloniyalıların cinah oyunçusu Lamin Yamal gələn il “Qızıl top”u qazanmağa qadirdir.

İdman.biz xatırladır ki, Yamal builki “Qızıl top” mərasimində ikinci olub. Qalib isə Fransa millisinin və PSJ-nin hücumçusu Usman Dembeledir.

"Düşünürəm ki, Lamin gələn il “Qızıl top”u qazanmaq üçün lazım olan hər şeyə malikdir. Bu mövsüm keçənilkindən çox daha parlaq olacaq.

Fikrimcə, o, çoxlu qol vuraraq və çoxlu məhsuldar ötürmələr edərək “Qızıl top”u alacaq, nəinki hər kəsə öz oyun tərzini nümayiş etdirərək. Keçmişdə Kriştiano Ronaldo və ya Messi ilə də belə olub”, - Rivaldo bildirib.

Bu mövsüm “Barselona”nın 18 yaşlı futbolçusu La Liqada üç matçda iştirak edib, iki qol vurub və üç məhsuldar ötürmə edib.

İdman.biz