Gənc hücumçu ilk peşəkar müqaviləsini "Liverpul"la bağlayıb

Xəbərlər
25 Sentyabr 2025 21:43
39
Gənc hücumçu ilk peşəkar müqaviləsini "Liverpul"la bağlayıb

"Liverpul" klubu hücumçu Rio Nqumoa ilə müqavilə imzalayıb.

İdman.biz bildirir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bu, 2008-ci ildə İngiltərədə anadan olmuş Nquomanın ilk peşəkar müqaviləsidir. Müqavilə 2028-ci ilin iyununadək imzalanıb.

"Çelsi" akademiyasının 17 yaşlı oyunçusu "Liverpul"a 2024-cü ildə qoşulub.

O, bu mövsüm əsas komandanın heyətində bütün yarışlarda dörd oyunda olub. O, Premyer Liqanın ikinci turunda "Nyukasl"la qarşılaşmada (3:2) qələbə qolunu vurub. O, klubun heyətində ən gənc qol vuran oyunçudur.

Qeyd edək ki, Nqumoa cari mövsüm "Liverpul"da debütünü İngiltərə Kuboku çərçivəsində "Akrinqton"a qarşı (4:0) edib.

İdman.biz