İtaliya kuboku: "Komo"dan aşkar üstünlük, "Parma"nın penaltili zəfəri

Xəbərlər
25 Sentyabr 2025 01:21
89
İtaliya kuboku: "Komo"dan aşkar üstünlük, "Parma"nın penaltili zəfəri

İtaliya kubokunda 1/16 finalın oyunları baş tutub.

İdman.biz xəbər verir ki, "Parma" əsas və əlavə vaxtda "Spesiya"nın öhdəsindən gələ bilməyib - 2:2. Oyundan sonra vurulan penaltilərdə "Parma" üstün olub - 4:3.

"Verona" öz meydançasında "Venesiya"nı sınağa çəkib. Bu oyunun əsas və əlavə vaxtında qapılara qol vurulmayıb - 0:0. Penaltilər seriyasında qonaqlar daha üstün olublar - 4:5.

Və nəhayət üçüncü oyunda "Komo" "Sassuolo" ilə gücünü sınayıb. Oyun birincilərin qələbəsi ilə yekunlaşıb - 3:0.

İdman.biz