İspaniya çempionatında 6-cı turun oyunları olub.
İdman.biz bildirir ki, "Levante" öz meydançasında "Real Madrid"i qəbul edib.
Oyunda hesabı 28-ci dəqiqədə Vinisius açıb - 0:1
38-ci dəqiqədə Mastantuono ikinci topu meydan sahiblərinin qapısından keçirib - 0:2.
54-cü dəqiqədə Eyonq buraxılan qollardan birinin əvəzini çıxıb - 1:2.
Bundan sonra isə Kilian Mbappe 64 və 66-cı dəqiqələrdə "Levante" oyunçularını mərkəzə dəvət edib - 1:4. Görüş bu hesabla da bitib. Beləliklə, "Real" 6 oyundan sonra 18 xal toplayaraq liderliyini davam etdirir.
"Espanyol" öz meydançasında "Valensiya"nı qəbul edib. Görüş 2:2 hesabı ilə bitib.
"Qarabağ"ın Çempionlar Liqasındakı rəqiblərindən "Atletik" "Jirona"nı qonaq edib. Oyunda hesabı 9-cu dəqiqədə qonaqlardan Unai açıb - 0:1. İlk hissə belə başa çatıb.
İkinci hissədə 48-ci dəqiqədə Haurehisar bərabərlik topunu vurub - 1:1. Bundan sonra komandalar qol vura bilməyiblər.
"Sevilya" isə doğma divarlar arasında "Vilyarreal"ı sınağa çəkib. Görüş 2:1 hesabı ilə qonaqların qələbəsi ilə yekunlaşıb. Hazırda "Vilyarreal" 13 xalla üçüncü yerdədir.
İdman.biz