"Formula-1" Azərbaycan Qran-prisinin qalibi müəyyənləşib.
İdman.biz xəbər verir ki, xəbər verir ki, ötən gün sıralama turunda ən yaxşı nəticəni göstərən "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen əsas yarışın da qalibi olub.
Onun ardınca ən tez finişə çatan "Mercedes" komandasının üzvü Corc Rassel və "Williams" komandasının pilotu Karlos Sayns olublar.
Beləliklə, Azərbaycan Qran-prisinə yekun vurulub.
16:15
Formula-1 üzrə Azərbaycan Qran-prisində “Red Bull” pilotu Maks Ferstappen mövqeyini möhkəmləndirib.
İdman.biz xəbər verir ki, niderlandlı öplot növbəti dəfə ən sürətli dövrəni göstərib — 1:44,820 saniyə.
Komanda mühəndisi radio vasitəsilə Ferstappeni yüksək tempinə görə təqdir edib və ona bu tempdə davam etmək tövsiyə olunub.
Qeyd edək ki, ikinci yerdə hələ də “Williams” pilotu Karlos Sains qərarlaşıb.
16:11
Formula-1 üzrə Azərbaycan Qran-prisində bolidlər arasında xırda insident yaşanıb, xəbər verir İdman.biz.
İdman.biz xəbər verir ki, dairələrdən birində Aleks Albon və Franko Kolapintonun maşınları toqquşub.
Lakin bolidlər ciddi zədələnməyib və yarışı davam etdiriblər. Albon 10 saniyəlik cəza alıb.
Maks Ferstappen yarışa inamla liderlik edir və üç il əvvəl Bakıda qazandığı uğuru təkrarlamağa çalışır.
15:47
Azərbaycan Qran-prisinin trasında yağış ehtimalı yaranıb.
İdman.biz xəbər verir ki, komandalardan birinin mühəndisi radioəlaqə vasitəsilə pilotu bu barədə məlumatlandırıb.
Yağıntılar pilotların taktikasına təsir edə bilər.
Hazırda Ferstappen hələ də birinci sıradadır və ən yaxın izləyicisi Karlos Sainsi artıq 3 saniyə qabaqlayır.
15:30
"Formula-1" üzrə Azərbaycan Qran-prisinin əsas yarışının startı "McLaren" komandasının pilotu Oskar Piastri üçün uğursuz alınıb.
İdman.biz xəbər verir ki, təcrübəli sürücü qəflətən idarəetməni itirib və nəticədə, onun bolidi maneəyə çırpılıb.
Beləliklə, hazırda turnir cədvəlinə başçılıq edən avstraliyalı pilot üçün bu yarış erkən bitib.
15:00
"Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışı başlayıb.
İdman.biz xəbər verir ki, 2 saata yaxın davam edəcək mübarizədə pilotlar öz məharətlərini nümayiş etdirəcəklər.
Qeyd edək ki, hazırda turnir cədvəlinə "McLaren" komandasının pilotları başçılıq edirlər. İlk pillədə 324 xalla avstraliyalı sürücü Oskar Piastri qərarlaşıb. Onun ardınca isə komanda yoldaşı, britaniyalı Lando Norris (293) gəlir. Üçüncü yerdə isə 230 xalla "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen qərarlaşıb.
İdman.biz