Hemilton: “Formula-1” filminin çəkilişindən inanılmaz dərəcədə qürur duyuram”

Xəbərlər
19 Dekabr 2025 21:48
34
Hemilton: “Formula-1” filminin çəkilişindən inanılmaz dərəcədə qürur duyuram”

Yeddiqat dünya çempionu, “Ferrari” pilotu Lyuis Hemilton “Formula-1” filminin çəkilişi ilə bağlı gördüyü işlərdən danışıb.

İdman. Biz bildirir ki, filmin premyerası 25 iyunda baş tutub və daha sonra rəqəmsal servislərdə yayımlanıb.

“Formula-1” filminin çəkilişi ilə hələ də inanılmaz dərəcədə qürur duyuram. “Formula-1” dünyasını böyük ekrana çıxarmaqda iştirak etmək inanılmaz bir təcrübə idi”, - Hemilton sosial mediada yazıb.

Film, “Formula-1”in yüksələn ulduzu Coşua Pirin “Apeks” komandasından bəhs edir. Gənc istedadın təcrübəli bir mentora ehtiyacı olduğunu anlayan komanda sahibi, 1990-cı illərdə “Formula-1”də yarışmış veteran, köhnə dostu Sonni Heysi Pirin komanda yoldaşı kimi seçir.

İdman.Biz