"Fənərbaxça" "Dinamo" ilə oyuna üç oyunçu əskik gedir

Xəbərlər
23 Sentyabr 2025 23:55
41
"Fənərbaxça" "Dinamo" ilə oyuna üç oyunçu əskik gedir

UEFA Avropa Liqasında "Dinamo Zaqreb" ilə qarşılaşacaq "Fənərbaxça" klubu oyuna çıxacaq heyətini açıqlayıb.

"Fənərbaxça"dan UEFA-ya göndərilən siyahıda Anderson Taliska, Jon Duran və Edson Alvaresin adları yer almayıb.

Taliska kart cəzası səbəbindən heyətdə yer almayıb. Duran ve Alvaresin isə zədələri var.

Rumıniyada keçiriləcək oyun sabah Bakı vaxtı ilə 23.00-da başlayacaq.

İdman.biz