PSJ-nin oyunçusu "Qızıl top"u alan 6-cı fransalıdır

Xəbərlər
23 Sentyabr 2025 07:04
50
PSJ-nin oyunçusu "Qızıl top"u alan 6-cı fransalıdır

PSJ-nin və Fransa yığmasının vingeri Usman Dembele öz ölkəsindən dünya futbolunun ilk fərdi mükafatını qazanan altıncı oyunçu olub.

İdman.biz xəbər verir ki, o, səsvermədə "Barselona"nın və İspaniya millisinin futbolçusu Lamine Yamalı geridə qoyub.

Dembeledən əvvəl "Qızıl top"u beş fransız futbolçu qazanıb: Raymon Kopa (1958), Mişel Platini (1983, 1984, 1985), Jan-Pyer Papen (1991), Zinəddin Zidan (1998) və Kərim Benzema (2022).

Bu göstəriciylə Fransa ən çox "Qızıl top" qazanan ölkədir. İtaliya və Almaniya hərəyə beş mükafat olmaqla ikinci və üçüncü yerdədirlər.

İdman.biz