Xavyer Tebas La Liqadakı gərginliyin mənbəyini açıqladı

Xəbərlər
23 Dekabr 2025 14:10
46
Xavyer Tebas La Liqadakı gərginliyin mənbəyini açıqladı

İspaniya La Liqasının prezidenti Xavyer Tebas ölkə futbolunda yaranan gərginliklə bağlı açıqlama verib.

İdman.Biz xəbər verir ki, Xavyer Tebasın sözlərinə görə, “Barselona” La Liqada gərginlik yaratmır.

“Mənim fikrimcə, gərginlik Madridin “Real” klubundan qaynaqlanır. Onlar hər kəslə “Barselona” ilə, hakimlərlə, hamı ilə mübarizə aparır”, - deyə vurğulayıb.

Tebas bildirib ki, vaxtilə “Barselona”nın etdiyi addımlar uyğun deyildi və La Liqa bu məsələ ilə bağlı ilk olaraq prokurorluğa müraciət edib. Lakin onun sözlərinə görə, həmin hadisələrlə bugünkü cəzaları əlaqələndirmək kökündən yanlışdır və o vaxt edilənlərlə indi verilən qərarlar arasında çox böyük fərq var:

“Hakim səhvlərinin guya keçmiş hadisələrin nəticəsi olduğu fikri yayılır. Bu doğru deyil və məhz bu düşüncə daimi gərginlik yaradır. Hakimlərlə bağlı gərginlik hər həftəsonu “Real Madrid”in televiziya kanalı və klub prezidentinin açıqlamaları vasitəsilə daha da alovlandırılır. Onlar ciddi şəkildə dezorientasiya olunublar”.

Sonda La Liqa rəhbəri qeyd edib ki, özü də hücumların hədəfinə çevrildiyi üçün bu mübahisədə vasitəçi rolunda çıxış etmək üçün uyğun fiqur sayılmır.

İdman.Biz