İsveç milli komandasının, "Milan", PSJ və digər komandaların hücumçusu Zlatan İbrahimoviç sosial mediada karyerası əzində qazandığı kubokları nümayiş etdirən video yayımlayıb.
İdman.biz bildirir ki, İbrahimoviç “Ayaks”la karyerası ərzində iki dəfə Niderland çempionu, bir dəfə Niderland kubokunun və 1 dəfə də Niderland superkubokunun qalibi olub.
“İnter”lə isveçli 3 dəfə İtaliya çempionluğu və 2 dəfə ölkə superkubokunu qazanıb. "Barselona" ilə Zlatan İspaniya liqasını, iki ölkə superkubokunu, UEFA Superkubokunu və FIFA Klublararası Dünya Çempionatını qazanıb. "Milan"la isveçli iki İtaliya çempionluğu və ölkə superkubokunu qazanıb. PSJ ilə İbrahimoviç dörd çempionluq, iki Fransa kuboku, üç Liqa kuboku və üç ölkə Superkuboku sevinci yaşayıb. "Mançester Yunayted" ilə isveçli kubok kolleksiyasına Liqa kuboku, İngiltərə superkubokunu və Avropa Liqası qalibi titulunu əlavə edib.
Bundan əlavə, isveçli daha əvvəl görkəmli karyerasına görə UEFA-dan xüsusi mükafat alıb.
İdman.biz