Türkiyə çempionatı: Liderlərdən xal itkisi, autsayderdən qələbə

Xəbərlər
21 Sentyabr 2025 00:51
45
Türkiyə çempionatı: Liderlərdən xal itkisi, autsayderdən qələbə

Türkiyə Superliqasında 6-cı turun üç qarşılaşması olub.

İdman.biz bildirir ki, turun əsas oyununda "Trabzonspor"la "Qaziantep" üz-üzə gəliblər.

"Qaziantep"dən Rodrigeşin 39-cu dəqiqədə vurduğu qola meydan sahibləri 70-ci dəqiqədə Onuaçunun dəqiq zərbəsi ilə cavab veriblər - 1:1. Oyun belə də bitib. Vacib iki xalı itirən "Trabzonspor" yarış cədvəlində dördüncü yerə düşüb (11 xal). "Qaziantep" 10 xalla 6-cı yerdədir.

Autsayder "Gənclərbirliyi" "Eyüpspor"u qəbil edib. Oyun meydan sahiblərinin 1:0 hesabı ilə qələbəsiylə qurtarıb. Bununla "Gənclərbirliyi" çempionatda ilk qalibiyyətini qazanıb.

Liderlər qrupunda olan "Antalyaspor" "Kayserispor"u qəbul edib. Meydan sahibləri ikinci hissədə önə çıxsalar da, artırılmış dəqiqələrdə üstünlüklərini əldən veriblər - 1:1. "Antalyaspor" bu xal itkisinə görə cədvəldə 5-ci yerə düşüb (10 xal).

İdman.biz