Lionel Messinin futbolçu karyerasını başa vurduqdan sonra MLS-də klub sahibi olması gündəmdədir.
İdman.biz xəbər verir ki, argentinalı ulduza Devid Bekhemin yolunu izləyərək liqada qalması təklif olunur.
Ulduz futbolçunun "İnter Mayami" ilə 2028-ci ilə qədər nəzərdə tutulan yeni müqaviləsi müzakirə olunur. Bu müqavilə ona 40 yaşından sonra da MLS-də çıxış etməyə imkan verəcək və klubun 10% səhmlərinə də sahib olacaq.
ABŞ millisinin sabiq qapıçısı Bred Fridel bildirib ki, Messinin MLS-də qalması çox vacibdir: "Onun gedişi liqaya ciddi zərbə olar. Argentinalı ulduz ABŞ futbolu üçün böyük əhəmiyyət daşıyır".
Qeyd edək ki, Messi 2023-cü ildə ABŞ-yə köçərək "Barselona" və PSJ-dən ayrılıb. O, yeni müqaviləsi sayəsində 2026-cı il dünya çempionatında Argentina millisinin heyətində çıxış etməyi planlaşdırır.
İdman.biz