İspaniya La Liqasında 5-ci tura start verilib. İdman.biz bildirir ki, turun ilk oyununda "Betis"lə "Real Sosyedad" güclərini sınayıblar.
Oyunda hesabı meydan sahiblərindən Ernandes 7-ci dəqiqədə açıb - 1:0.
13-cü dəqiqədə Mendes cavab topunu vurub - 1:1. Birinci hissə belə başa çatıb.
49-cu dəqiqədə Ebde bir daha qonaqları meydanın mərkəzinə dəvət edib - 2:1.
69-cu dəqiqədə isə Belyerin oyunda son nöqtəni qoyub - 3:1.
Qələbə "Betis"ə 6-cı yerə qalxmağa imkan verib. Qonaqlar isə 2 xalla 17-ci yeri tuturlar.
Futbol üzrə Fransa çempionatında da 5-ci tur start götürüb. Yeganə oyunda "Lion"la "Anje" qarşılaşıblar.
65-c dəqiqədə Tessmannın vurduğu qol "Lion"a qələbə qazandırıb - 1:0.
Bu qələbədən sonra "Lion"un 12 xal və komanda birinci yerdəki PSJ-yə bu göstərici üzrə çatıb. Lakin parislilər bir oyun az keçiriblər.
İtaliya A Seriyasında isə "Leççe" və "Kalyari" üz-üzə gəliblər. Qabriel 5-ci dəqiqədə "Leççe"ni irəli çıxarıb - 1:0.
33-cü dəqiqədə Andrea Belotti bərabərlik qolunu vurub. 71-ci dəqiqədə Belotti matçda özünün ikinci topunu vuraraq yekun nəticəni müəyyən edib - 1:2.
"Kalyari" bu qələbədən sonra 7 xalla 4-cü yerə yüksəlib. "Leççe" isə 1 xalla turnir cədvəlində sonuncudur.
Almaniya Bundesliqasında "Ştutqart" liderlər qrupunda olan "Sankt-Pauli"ni qonaq edib. Demiroviç və Əl-Hannusun 43 və 50-ci dəqiqələrdə vurduqları qollar meydan sahiblərinə qələbə sevincini yaşadıb - 2:0. 24-cü dəqiqədə Ştiller "Sankt-Pauli"nin qapısına təuin olunmuş penaltini vura bilməyib.
Bu qələbədən sonra "Ştutqart" 6 xal toplayaraq 7-ci yerdə qərarlaşıb. 7 xalı olan "Sankt-Pauli" isə çempionatdakı ilk məğlubiyyətdən sonra 4-cü yerdədir.
İdman.biz