Almaniya millisinin keçmiş üzvü karyerasını bitirib

Xəbərlər
19 Sentyabr 2025 23:59
36
Almaniya millisinin keçmiş üzvü karyerasını bitirib

Almaniya millisinin və "Bavariya"nın sabiq müdafiəçisi Jerom Boatenq sosial media hesabından karyerasını bitirdiyini açıqlayıb.

İdman.biz bildirir ki, Boatenqin hazırda 37 yaşı var.

Boatenq yazıb: "Ailə. Dostlar. Azarkeşlər. Vaxt gəldi".

Boatenq karyerası ərzində “Herta Berlin”, “Hamburq”, “Mançester Siti”, “Bavariya”, “Lion” və “Salernitana”da çıxış edib. Onun son komandası keçən yay tərk etdiyi Avstriyanın LASK klubu olub.

Boatenq daha çox “Bavariya”nın heyətində oyun keçirib – 363. Münhen klubu ilə doqquz Almaniya çempionluğu, beş Almaniya Kuboku və Super Kuboku, iki Çempionlar Liqası, iki UEFA Superkuboku və iki FIFA Klublararası Dünya Kubokunu qazanıb.

2014-cü ildə müdafiəçi Almaniya millisinin tərkibində dünya çempionu olub.

İdman.biz