Qazaxıstanın “Kayrat” klubunun rusiyalı müdafiəçisi Yeqor Sorokin inanır ki, Çempionlar Liqasında “Real Madrid”ə qarşı matç “Sportinq Lissabon”la oyundan daha asan olacaq.
İdman.biz bildirir ki, Qazaxıstan komandası Portuqaliya klubuna 4:1 hesabı ilə uduzub.
"Düşünürəm ki, "Real Madrid"lə qarşılaşma "Sportinq"lə matçdan daha asan olacaq. Bizə doğma divarlar kömək edəcək, İspaniya komandası isə uzun uçuş keçirəcək və dənizin üstü ilə uçacaqlar. Bu, kiçik bir şey kimi görünə bilər, amma bunun təsiri olacaq. Bundan əlavə, son matçdan sonra biz səhvlərimizin üzərində işləyəcəyik və daha qəzəbli olacağıq", - Sorokin "Çeampionat"a bildirib.
"Kayrat" - "Real Madrid" matçı sentyabrın 30-da Almatıda keçiriləcək.
İdman.biz