"Mançester Yunayted" Portuqaliya yığmasının futbolçunu ala bilər

Xəbərlər
19 Sentyabr 2025 00:20
31
"Mançester Yunayted" Portuqaliya yığmasının futbolçunu ala bilər

"Mançester Yunayted" 28 yaşlı Portuqaliya millisinin və "Əl-Hilal"ın yarımmüdafiəçisi Ruben Neveşlə maraqlanır.

İdman.biz bildirir ki, "qırmızı şeytanlar"ın baş məşqçisi Ruben Amorim oyunçunun bacarıqlarını yüksək qiymətləndirir.

Məlumata görə, Səudiyyə Ərəbistanı klubu Neveşi bu qış 20 milyon avroya Avropa komandasına sata bilər.

Neveş bu mövsüm bütün turnirlərdə səkkiz matçda meydana çıxıb, iki qol vurub və iki məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir. Transfermarkt-ın məlumatına görə, onun bazar dəyəri 25 milyon avrodur.

Yarımmüdafiəçi Portuqaliya millisində 60 oyuna çıxıb.

İdman.biz