Kantona UEFA və FIFA-nı İsrail millisini yarışlardan kənarlaşdırmağa çağırıb

Xəbərlər
18 Sentyabr 2025 23:32
31
Kantona UEFA və FIFA-nı İsrail millisini yarışlardan kənarlaşdırmağa çağırıb

"Mançester Yunayted"in və Fransa millisinin keçmiş futbolçusu Erik Kantona Beynəlxalq Futbol Federasiyası (FIFA) və Avropa Futbol Assosiasiyaları İttifaqını (UEFA) İsrail milli komandalarını və klublarını beynəlxalq yarışlara buraxmamağa çağırıb.

İdman.biz bildirir ki, Kantona bu məsələdə Rusiyanı misal göstərib.

"Ukraynadakı münaqişənin başlamasından dörd gün sonra FİFA və UEFA Rusiyanı kənarlaşdırdı. "Amnesty International"ın soyqırım adlandırdığı hadisənin başlanmasından artıq 716 gün keçir və İsrailə hələ də iştirak etməyə icazə verilir. Niyə ikili standartlar mövcuddur? FIFA və UEFA İsrailə qadağa qoymalıdır. Dünyanın hər yerindən klublar və oyunçular İsrail komandalarına qarşı oynamaqdan imtina etməlidirlər", - Kantona deyib.

İdman.biz