"Bavariya" Çempionlar Liqasında rekord müəyyənləşdirib

Xəbərlər
18 Sentyabr 2025 05:12
36
"Bavariya" Çempionlar Liqasında rekord müəyyənləşdirib

"Bavariya" Çempionlar Liqası mövsümünə ardıcıl 22-ci qələbə ilə başlayıb.

İdman.biz xəbər verir ki, Vensan Kompaninin komandası ümumi mərhələnin birinci matçında "Çelsi"ni 3:1 hesabı ilə məğlub edib.

OptaFranz-ın məlumatına görə, Münhen klubu son 22 mövsümdə 1-ci tur qalib gəlib, bu isə Çempionlar Liqasının rekordudur.

"Bavariya" sonuncu dəfə 2002-ci ilin sentyabrında "Deportivo"ya 3:2 hesabı ilə uduzduğu zaman startda qalib gələ bilməyib.

İdman.biz