"Barselona" "Xetafe"ni 6 min azarkeş tutumlu stadionda qəbul edəcək

Xəbərlər
16 Sentyabr 2025 19:32
40
"Barselona" "Xetafe"ni 6 min azarkeş tutumlu stadionda qəbul edəcək

“Barselona” növbəti oyununu “Estadi Yohan Kroyff” stadionunda keçirəcək.

İdman.biz bildirir ki, La Liqanın 5-ci turunda Kataloniya klubu "Xetafe" ilə qarşılaşacaq.

Stadionun tutumu 6 min azarkeşdir.

Qeyd edək ki, daha əvvəl “Barselona” bu arenada “Valensiya” ilə qarşılaşıb və oyun 6:0 hesabı ilə yekunlaşıb.

“Barselona” hələ də “Kamp Nou”ya dönə bilmir, çünki stadionun rekonstruksiyası davam edir.

İdman.biz